- Baxış sayı: 6
- 06 May 2024 15:19
- Baxış sayı: 91
- May 03, 2024
- 0
Noyabrın 22-də AFFA-nın icraiyyə komitəsinin fövqəladə iclası keçiriləcək.
Allsport.az xəbər verir ki, saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasda baş məşqçi Canni de Byazi Avro-2024-ün seçmə mərhələsindəki çıxışı ilə bağlı hesabat verəcək.
Həmçinin italiyalı mütəxəssisin Belçikaya 0:5 hesablı məğlubiyyətdən sonra idman jurnalistləri barədə səsləndirdiyi xoşagəlməz fikirlər müzakirə olunacaq.
İcraiyyə komitəsinin Canni de Byazinin noyabrın sonunadək olan müqaviləsinin artırlıb-artırlımama məsələsi ilə bağlı qərar verəcəyi də gözlənilir.