De Byazinin mətbuat konfransının vaxtı açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib. Allsport.az xəbər verir ki, Portuqaliya milli komandasının oyundan öncəki açıq məşqi bu gün Bakı vaxtı vaxtı ilə 14:00-da başlayacaq.

Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Saat 15:45-də isə baş məşqçi Fernandu Santuşun mətbuat konfransına start veriləcək.

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi isə Bakı vaxtı ilə 21:00-da jurnalistlər önünə çıxacaq. Mətbuat konfransından yarım saat sonra – 21:30-da isə yığmanın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqi başlayacaq.

Portuqaliya – Azərbaycan matçı martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə 23:45-də start veriləcək.

Hər iki komandanın məşqi və mətbuat konfransları da “Yuventus” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan