- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 167
- May 08, 2026
- 0

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub.
73 kq-da çıxış edən istedadlı idmançımız Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə çıxıb.
Qızların yarışında Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıb. Xatırladaq ki, yarışın ilk günü Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş medalla kifayətlənmişdilər.