Dünya birinciliyində tarixi nəticə! Rüstəm Alimlinin komandası ilk dəfə 1-ci oldu!

Yeniyetmə cüdo millimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya birinciliyində 2 qızıl, 3 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 8 medalla ümumi hesabda 1-ci olub. Allsport.az saytı xəbər verir ki, bu, Azərbaycannın indiyə qədər iştirak etdiyi eyni yarışda həm medalların sayına, həm də əyarına görə qazandığı ən yüksək nəticədir.

Avqustun 23-ündən 26-nadək davam etmiş çempionatda Xədicə Qədəşova (52 kq) və Nihad Məmişov (50 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq) və Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İsgəndərov (55 kq), Ramazan Əhmədov (+90 kq) və Süleyman Şükürov (73 kq) bürünc mükafata yetişiblər.

Öğlanlara baş məşqçisi Rüstəm Alimli və məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, qızlara baş məşqçi Elnur İsmayılov və məşqçi Kifayət Qasımova rəhbərlik ediblər.

Həmin kateqoriyadan