Dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisi

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisi təşkil olunub. Allsport.az saytı xəbər verir ki, tədbirdə İJF və ACF-in prezidentləri Marius Vizer ilə Rövnəq Abdullayev, bizdən vitse-prezident Sadıq Sadıqov, EOC-un sabiq prezidenti Patrik Hikki, İJF icraiyyə komitəsinin üzvləri və digər şəxslər iştirak ediblər.
Sərgidə polşalı Monika Qloviçki, rusiyalı Yelizaveta Aleksandrova, fransalı Raymon Pule, rumıniyalı Yevgen Vasile və ingiltərəli Neyl Ekkersli, eləcə də azərbaycanlı – Bəhram Bağırzadə, Cəsar Məmmədov, Rahib Qarayev, Zamiq Rzayev və Aynur Sakitqızının əsərləri nümayiş olunub.
Tədbirdə çıxış edən M.Vizer qonaqları salamladıqdan sonra sərgidə əsərləri nümayiş olunan incəsənət xadimlərini təqdim edib. Qurumun rəhbəri cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Röznəq Abdullayev isə cüdo və incəsənətin çox yaxşı vəhdət təşkil etdiyini söyləyib: “Hamınız xoş gəlmisiniz. Bu gün görkəmli incəsənət xadimlərinin əsərləri sərgiyə qoyulub. Burada cüdo ailəsinin incəsənət aləmi ilə birəşməsini görürük. Cüdo da bir incəsənət, fəlsəfədir. Bu iki incəsənətin vəhdəti çox yaxşı alınıb. Azərbaycan cüdosu ilə yanaşı, incəsənəti ilə də tanış olmağınızı istəyiriəm”.
Dünya çempionatı 20 – 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Həmin kateqoriyadan