- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 169
- May 08, 2026
- 0

İyunun 6-dan 13-dək Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, olimpiadaya lisenziya xarakterli çempionatda 12 cüdoçumuz yarışacaq.
Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Nurlan Osmanov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev, Zelim Tkçayev (81 kq) və Elmar Qasımov (100 kq) qitə çempionatında mübarizə aparacaqlar.
Qadınların mübarizəsində isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) iştirak edəcəklər.