- Baxış sayı: 35
- 23 İyun 2025 17:56
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Bütün yaş qruplarından olan qadın cüdoçular Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Allsport.az xəbər verir ki, Avropa cüdo birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2–4 iyunda baş tutub.
Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Əminə Əbdullətif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davam etdirəcək.