- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan cüdoçuları Avropa cüdo birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən olimpiya təlim düşərgəsində iştirak edir.
Allsport.az xəbər verir ki, hazırlıq prosesinə milli komandaların 36 üzvü (28 kişi, 8 qadın) cəlb olunub.
Cüdoçulara kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli rəhbərlik edir.
Təlim düşərgəsi 13-20 mayda Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatına, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
20-dən çox ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.