Dünya çempionatına yollanacaq ağırlıqqaldıranlarımız müəyyənləşib

Xəbər verdiyimiz kimi, 19-28-da noyabrda ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatı keçiriləcək. Allsport.az saytının məlumatına görə, artıq okeanın o tayına yollanacaq azmanlarımız bəllidir.

Məşqçilər heyəti  bu yarışda Valentin Xristov (62 kq), Firidun Quliyev, Sərdar Həsənov (hər ikisi – 69 kq), Elxan Əliquluzadə, Əfqan Bayramov (77 kq), İvan Stoitsov (85 kq), Nailxan Nəbiyev, İntiqam Zairov, Rövşən Fətullayev (hər üçü – 94 kq), Dadaş Dadaşbəyli (105 kq), Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq) və Anastasiya İbrahimliyə (69 kq) şans verəcək.

Planetin ən güclülərinin mübarizəsi Rio- Yay Olimpiya Oyunlarına lisenziya yerləri verəcək.

Həmin kateqoriyadan