Dünya çempionatında Rüstəm Orucov 2-ci, Hidayət Heydərov 3-cü yer tutdu

Yaponiya paytaxtında cüdoçuların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günü 3 milli üzvü tatami üzərinə çıxıb.

Rüstəm Orucovla Hidayət Heydərov (hər ikisi – 73 kq) öz qruplarında bütün görüşləri qələbə ilə başa vurublar. Tokioda bu çəkidə Azərbaycan yarımfinalı yaşanıb.

Gərgin tutaşmada adı ilk çəkilən tatami ustası finala adlayıb. Təəssüf ki, Rüstəm Orucov həlledici qarşılaşmada yaponiyalı olimpiya və 4-qat dünya çempionu Ono Syoxeyə uduzub.

Hidayət Heydərovun da fürsəti fötvə verməyib. Amma onun Somon Məhmədbəyovla görüşü ümumilikdə 11:47 (əsas vaxt – 04:00) dəqiqə çəkib.

Qadın cüdoçumuz İçinxorlo Munxtsedev (57 kq) elə ilk mübarizədə yenilib.

Həmin kateqoriyadan