Dünya çempionatının ilk günündə bizdən Kəramət Hüseynov 5-ci oldu

Bu gün Milli Gimnastika Arenasında dünya çempionatı başladı. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 60 kq-da kişilər və 48 kq-da qadınlar tatami üzərinə çıxdılar.

dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/8 finalda mübarizəni dayandırdı. Əvəzində, Kəramət Hüseynov irəli getdi. Belçikalı, rusiyalı və ispaniyalı rəqiblərini üstələyən həmyerlimiz, 1/4 finalda 2-qat dünya çempionu Naoxişa Takatoya uduzdu. Təsəlliverici tutaşmada KXDR-dən olan cüdoçunu üstələyən Kəramət, bürünc medal üçün Orxanı məyus edən gürcüstanlı Əmiran Papinaşvili ilə üz-üzə gəldi. Gərgin mücadilədə dünya və qitə çempionu 1 vazzari xalı ilə qalib gəldi.

Qadınlarda 48 kq-da çıxış edən Aişə Qurbanlı 1/8 finalda argentinalı Paula Paretaya yenilərək mübarizəni dayandırdı.

Həmin kateqoriyadan