Dünya cüdo ailəsi Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində toplaşıb

Xəbər verdiyimiz kimi, fevralın 11-12-də Parisdə cüdoçuların “Böyük dəbilqə”si keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda milli komadamız da iştirak edir. Turnir ərəfəsində Fransa paytaxtında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın dəstəyi və Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə tədbir keçirilib.

IJF prezidenti Marius Vizer azərbaycanlı dəstəyə görə dostlarına təşəkkür edib. O, həmçinin Fransa Cüdo Federasiyasına “Böyük dəbilqə”nin təşkilinə görə minnətdarlığını bildirib.
SOCAR-ın rəhnəri Rövnəq Abdullayev çıxış edərək, dünya cüdo ailəsinin üzvlərini Azərbaycan Mədəniyyət Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. O, prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan danışıb. Ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb və idmanın əhəmiyyətini qeyd edib.

Bildirib ki, bu gün ACF-in üzvləri həmkarları ilə birlikdə olmaqdan məmnundurlar. SOCAR hər zaman cüdo ailəsinin yanında olacaq və onu dəstəkləyəcək. Azərtac-ın məlumatına görə, Fransadakı səfirliyimizin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova səfirin adından çıxış edərək, tədbir iştirakçılarını salamlayıb. Sonra gənc və istedadlı bəstəkar Etibar Əsədlinin rəhbərlik etdiyi “Etribar Əsədli Trio” ansamblının ifasında caz musiqisi səsləndirilib.

Həmin kateqoriyadan