Dünya karate federasiyası bizdən onları şanslı sayır

Dünya karate federasiyası Tokio-2020-nin təsnifatını uğrula dəf edən ilk 40 nəfəri açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Onların arasında bizdən Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var. 

Adı ilk çəkilən kimono ustasının məlum rəqibləri arasında Stanislav Horuna (Ukrayna), Luici Busa (İtaliya), Bəhmən Əsgəri (İran) və Ken Nişimura (Yaponiya) var. Xanım karateçimizin opponentlərindən isə Həmidəh Abbasəli (İran), Li Qonq (Çin), Məltəm Xocaoğlu (Türkiyə) və Ayumi Uyekusa (Yaponiya) artıq məlumdur.    

32 vəsiqə 8 olimpiya kateqoriyasında reytinq cədvəlinin ilk dördlüyünə, 8 yer isə təşkilatçı ölkə kimi yapon idmançılarına ayrılıb. 

Tokio-2020-də 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Daha 24 idmançı 11-13 İyun tarixlərində Parisdə xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq. 12 əlavə vəsiqə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri 3-tərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. 

Tokio olimpiadasının karate yarışları 5-7 avqustda “Nippon Budokan” mərkəzində keçiriləcək. 

Həmin kateqoriyadan