Saypulla Absəidov: “Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq”

ABŞ-ın Los Anceles şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan milli komandamızın üzvləri Vətənə qayıdıblar. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma komandanın məşqçiləri və idmançılar yarış haqqında təəssüratlarını bölüşüblər. Sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Saypulla Absəidov qazanılan nəticənin uğurlu olduğunu bildirib:

“Biz Dünya Kubokunda əsas favoritlərdən sayılırdıq. Məqsədimiz yarışdan qızıl medalla qayıtmaq idi. Lakin bu, baş tutmadı və nəticədə biz bürünc medal qazandıq. Düşünürəm ki, bu da uğurlu nəticədir. Bu yarışı qarşıdan gələn Avropa Oyunlarının bir növ hazırlığı kimi də qiymətləndirmək olar.

Dünya Kubokunda buraxılan səhvləri təhlil edib bunun üzərində çalışacağıq. İnanıram ki, Avropa Oyunlarında qazanacağımız qələbələrlə azarkeşlərimizi çox sevindirəcəyik”.

Həmin kateqoriyadan