Düsseldorf Qran-pri turnirində Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Fevralın 20-dən 22-dək Düsseldorfda cüdo üzrə qran-pri turniri təşkil olunacaq. Allsport.az xəbər verir ki, yarışda 81 ölkədən 608 cüdoçu qalib uğrunda mübarizə aparacaq. Bu yarışda baş məşqçi Hacıağa Hacıəhmədov 13 tatami ustasına şans verəcək.

Bunlarİlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi – 60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (81 kq), Ramin Qurbanov, Tural Səfquliyev (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (100 kq) və Uşanqi Kokauridir (+100 kq).

Həmin kateqoriyadan