Düsseldorfa yollanacaq heyət açıqlandı

Fevralın 21-dən 23-dək Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan yarışda 18 cüdoçu ilə təmsil olunacaq.

Turnirdə Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi – 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) tatamiyə çıxacaqlar.

Həmin kateqoriyadan