Elcan Hacıyev 3-cü oldu

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Allsport.az xəbər verir ki, yarışın 3-cü günündə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı Nurbek Murtozoyev, daha sonra braziliyalı Markos Santosu və italiyalı Nosa Brıght Maddalonı məğlub edərək yarımfinala yüksəlib. Lakin o, finalın bir addımlığında Rusiya təmsilçisi ilə bacarmayıb. Cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib. Rəqibinə ipponla qalib gələn Elcan Hacıyev mötəbər yarışın bürünc medalına sahib olub.

Həmin kateqoriyadan