- Baxış sayı: 588
- 07 May 2026 16:16
- Baxış sayı: 172
- May 08, 2026
- 0

“İlk dəfə böyüklər arasında çıxış edirdim. Debütdə, özü də Vətəndə medal qazanmaq 2-qat fərəhlidir. Yığmanın yeni məşqçilər heyətinə təşəkkür edirəm”.
Bunu allsport.az saytına açıqlamasında Bakıda cüdo üzrə “Böyük dəbilqə”də 81 kq-da 3-cü yer tutan Elcan Hacıyev dedi. 19 yaşlı idmançı həlledici görüşdə komanda yoldaşı Hasil Cəfərovun səhv etdiyini söylədi:
“Finalı hədəfləmişdim, olmadı. Hər halda, bürünc medal da yaxşı nəticədir. 3-cü yer üçün ağılla güləşdim, rəqibimin səhvindən istifadə etdim. O tutmağa imkan verirdi və mən də bir dəfə bu fürsətdən yararlandım”.