Elçin İsmayılov: Finalda hakimlər cüdoçumuza qarşı qərəzli oldu

“Uşaqlar əllərindən gələni etdilər. 100 kq-da Adil Kərimov fərdi yarışda zədələndiyi üçün, ağrıkəsici ilə güləşdi. Bu isə ona təsir etdi. Səbinə Əliyeva və Elçin Hüseynovdan qələbə gözləyirdik. Onlarda da nəsə alınmadı. Bəlkə də dünənki yarışın yorğunluğu öz təsirini göstərib. Biz komandamızdan qələbə və çempionluq gözləyirdik”.

Allsport.az saytı xəbər verir ki, Tatarıstan paytaxtı Qazanda keçirilən 1-ci MDB oyunlarında gümüş medal qazanan gənc cüdo komandamızın baş məşqçisi Elçin İsmayılov deyib. 39 yaşlı mütəxəssis hakimlərdən gileylənib:

“Komanda yarışı tam başqadır. Burada başqa motivasiya və psixoloji durumlar olur. Hakimlik göz qabağında idi. Bizə tez, rəqibə isə gec xəbərdarlıq verirdilər. Bu da idmançılara psixoloji təsir edirdi. Diana Şoranovanın uduzduğu görüşdə onların qərəzli olduğunu düşünürəm”.

Həmin kateqoriyadan