Elçin Məsiyev millilərin oyununda

FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.

Allsport.az xəbər verir ki, o, Finlandiya və İsveçrənin 17 yaşadək futbolçulardan ibarət yığmaları arasında 2022-ci il Avropa çempionatının seçmə mərhələ matçının baş hakimi olacaq.

Məsiyevə yan xətt hakimləri Elşad Abdullayev və avstriyalı Markus Rayxxolf kömək edəcək. Dördüncü hakim funksiyasını isə digər avstriyalı Sebastyan Gisxamer yerinə yetirəcək.

Finlandiya və İsveçrə seçmələri VII qrupda yer alıblar. Bu qrupda Bosniya və Herseqovina ilə Cəbəllütariq yığmaları da mübarizə aparacaqlar. VII qrupun matçları Finaldniyada keçiriləcək.

Həmin kateqoriyadan