Elmar Qasımov dünya çempionatında 5-ci yer tutdu, 720 reytinq xalı qazandı

Tokioda cüdo üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 6-cı günü daha 2 milli üzvü mücadiləyə qoşulub.

100 kq-da Elmar Qasımov Belarus, Rusiya və Braziliya təmsilçilərini məğlub edərək 1/4 finala adlayıb. O, yarımfinal yolunda Mixael Korreli (Niderland) də üstələyib. Həmyerlimiz final uğrunda portuqaliyalı Jorj Fonseka, sonra 3-cü yer üçün görüşdə yaponiyalı Aaron Volfa yenilib. O, əmsalına 720 xalı artırıb.

Bu gün tatamiyə çıxan digər cüdoçumuz Zelim Kotsoyev ilk mərhələdə braziliyalı rəqibinə qalib gəlsə də, 2-ci görüşdə yerli idmançıya yenilib.

Həmin kateqoriyadan