Elmar Qasımov “World Masters” baş mükafatla tamamladı, millimiz 2-ci oldu

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turnirinə tekun vurulub. Allsport.az saytı xəbər verir ki, turnirin sonuncu günü də Azərbaycan millisi üçün düşərli olub.

100 kq çəkidə ölkəmizi təmsil edən Elmar Qasımov mübarizəyə braziliyalı Lusiano Korreanı məğlub edib, ardınca əlcəzairli Layes Bouyakouba qalib gələrək yarımfinala adlayıb. 1/2 finalda İsveç təmsilçisi Martin Pasek üzərində qələbə qazanıb. O, həlledici qarşılaşmada Fransa cüdoçusu Kirille Maretə qalib gələrək qızıl medal qazanıb.

Digər təmsilçilərimizdən Uşanqi Kokauri (+100 kq) 5-ci, Məmmədəli Mehdiyev turnirdə 7-ci olub. Elxan Məmmədov (100 kq) mübarizəni erkən dayandırıb.

Bununla da, Azərbaycan milli komandası “World Masters” turnirini 2 qızıl və 2 bürünc medal qazanaraq komanda hesabında 2-ci olub. 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunurdu.

Həmin kateqoriyadan