Elmar Qasımov Yaponiyada gümüş medal və 700 xal qazandı

Elmar Qasımov Yaponiyada gümüş medal qazanıb. Yaponiyanın Osaka şəhərində cüdoçuların “Böyük dəbilqə”si sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışda 86 ölkədən 481 nəfər mübarizə aparıb.

Bizdən ən yaxşı nəticə 100 kq-da Elmar Qasımovda olub. Olimpiya mükafatçımız yalnıq finalda yenilib.

Məhəmmədəli Mehdiyev (90 kq) 5-ci yer tutub. “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.

Həmin kateqoriyadan