- Baxış sayı: 587
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Almaniyanın Düsseldorf şəhərində cüdoçuların “Böyük dəbilqə”si sona yetib. Allsport.az xəbər verir ki, son yarış günü daha 3 medal qazanılıb.
Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) yalnız finalda yeniliblər.
Zelim Kotsoyev (100 kq) 3-cü sıranı tutub. Məmmədəli Mehdiyev (90 kq) qrupda inamlı təsir bağışlasa da, yarımfinal və bürünc medal uğrunda görüşlərdə uduraraq 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanıblar.