Elnur Əşrəfoğlunun xatirəsinə cüdo turniri

Pirşağı-Kürdəxanı idman kompleksində idman jurnalisti, cüdo federasiyasının sabiq baş katibinin müavini Elnur Əşrəfoğlunun xatirəsinə cüdo üzrə açıq turnirə yekun vurulub. Allsport.az xəbər verir ki, yarışda Bakı idmançıları ilə yanaşı, Sumqayıt və Quba da daxil olmaqla, ümumilikdə 100-dən artıq idmançı mübarizə aparıb.

Fərqlənən iştirakçılara diplom və medallar təqdim edilib. Təşkilatçıların sözlərinə görə Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan turnir hər il ənənəvi olaraq keçiriləcək.

Elnur Əşrəfoğlu uzun illər Azərbaycan televiziyasında, cüdo federasiyasında və “Neftçi”də çalışıb. 

Həmin kateqoriyadan