Elnur Məmmədli: İdman zallarının açılmamasının obyektiv səbəbi var

Bu gün gənclər və idman nazirliyinin rəsmi Feysbuk səhifəsində canlı yayımda olimpiya çempionu Elnur Məmmədli qonaq olub. Allsport.az saytı xəbər verir ki, azarkeşlərin çoxsaylı sualları arasında idman zallarının açılması da yer alıb. Ünlü cüdoçu bunula bağlı belə deyib:

“Olimpiya oyunlarına yollananda, sanki müharibəyə yollanırıq. Orda gərgin və güzəştsiz mübarizə gedir. O nöqyeyi-nəzərdən, bu sınağa yaxşı hazırlaşmalıyıq. Başa düşürəm, hazırda pandemiya üzündən ölkəmizdə idman zalları hələ də bağlıdır. Amma bunun obyektiv səbəbi var. Biz ilk növbədə, özümüz özümüzün həkimi olmalıyıq. Hökümət bu məsələdə ehtiyat edirsə, demək, vətəndaşlarımızın buna riayət etməyəcəyinə hələ tam əmin deyil. Yoxsa, burda ayrı nə ola bilər ki?

Hazırda müharibə şəraitindəyik. Ölkə başçısı İlham Əliyevin çağırışı ilə torpaqlarımızın qaytarılmasında hamılıqla savaşa əminəm. Arzu edirəm ki, işğal altında olan şəhərlərimiz azad olunsun, Şuşada, Xankəndində və digərlərində olimpiya kompleksləri tikilsin, yarışlar keçirilsin”.

Həmin kateqoriyadan