Elnur Məmmədli: Regionlarda cüdo ilə məşğul olan uşaqların sayı gündən-günə artır

Azərbaycan cüdo federasiyasının təşkilatçılığı ilə Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq toplanışında Gəncə şəhərlərindən, Naftalan, Göygöl, Tovuz və Qazax rayonlarından ümumilikdə 120 uşaq, yeniyetmə və gənc ustad dərsi keçirildi. 

Allsport.az saytı xəbər verir ki, ACF-in vitse-prezidenti Elnur Məmmədlinin açıqlamasına görə, regionlarda cüdo ilə məşğul olan uşaqların sayı gündən-günə artır: “İdmançıları həvəsləndirmək üçün bu cür dərslərin keçirilməsi vacibdir.

Federasiya olaraq əsas məqsədimiz odur ki, idmanla, xüsusi olaraq cüdo ilə məşğul olan uşaqların sayı daha çox olsun. Gənclər asudə vaxtlarını səmərəli keçirsin, fiziki və mənəvi sağlam olsunlar”. 

Həmin kateqoriyadan