Elxan Əliquluzadə “B” qrupunda 1-ci yerə çıxıb

ABŞ-in Hyuston şəhərində ağırlıqqaldıranların dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki. Azərbaycan milli komandasının üzvü Əfqan Bayramov (77 kq) “C”-də toplam 324 kq (140+184) nəticə ilə öz qrupunda 10-cu yeri tutub.

Bu çəkidə mübarizə aparan Elxan Əliquluzadə cəmdə 357 kq (154+203) nəticə göstərərək, “B” qrupunda 1-ci yerə çıxıb. Hər 2 idmançının yekun sıralamadakı yeri “A”-da çıxışlar başa çatandan sonra məlum olacaq.

Həmin kateqoriyadan