Elxan Məmmədov “Böyük dəbilqə”də 1-ci yer tutub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə” turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi daha 2 medal qazanıb.

100 kq-da Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybəy Sərikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə təmsilçimiz Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edib, qızıl medala sahib olub.

90 kq-da Tural Səfquliyev 3-cü yer uğrunda görüşdə Almaniya idmançısı Hannes Konardı məğlub edib. Digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) mübarizəni erkən dayandırıb.

Turnirin 2-ci günündə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Həmin kateqoriyadan