Elxan Məmmədovun 1 milyona gətirdiyi futbolçunu cinsi əlaqə videosuna görə həbs gözləyir

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq. Allsport.az saytı xəbər verir ki, o, 2016-cı ildə “Eybar”da çıxış edərkən komanda yoldaşları Serxio EnrikAntonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.

Hazırda “Albasete”də oynayan Eddidən başqa həmin futbolçular da məhkəmə qarşısına çıxacaq. Günahları sübut olunacağı təqdirdə İsrafilovun 3 il, digərləri isə 5 il müddətində azadlıqdan məhrum edilməsi mümkündü. Bundan başqa, onlar təzminat da ödəməli olacaqlar. Məsələylə bağlı məhkəmə iclası oktyabrın 14-də keçiriləcək.

O, AFFA baş katibi Elxan Məmmədovun 1 milyon dollar qarşılığında millimizə keçməyə razılıq verdiyi ehtimal olunur.

Həmin kateqoriyadan