Emil Balayev: “Qətər haqda az bilgiyə malikik”

Millimizin qapıçısı Emil Balayev Qətər yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında iltirak edib. Allsport.az xəbər verir ki, o, Asiya təmsilçisi barədə məlumatlı olmadıqlarını bildirib:

“Çətin komandaya qarşı oynayacağıq. Qətər millisi həm fiziki, həm də taktii cəhətdən yaxşı kollektivdir. Portuqaliya ilə müqayisədə Qətər millisinin oyun üslubu haqqında az bilgiyə malikik.

Bu da oyun ərzində bizə müəyyən çətinliklər yarada bilər. Hər halda, yaxşı nəticə qazanmaq üçün baş məşqçinin tapşırıqlarını maksimum yerinə yetirməyə çalışacağıq”.

Həmin kateqoriyadan