Emin Mahmudov: “Serblər bizdən daha üstündürlər”

Millimizin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya yığması ilə qarşılacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, oyunla bağlı fikrini bölüşüb:

“Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq. Əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Etiraf etmək lazımdır ki, bizim səviyyə onlardan üstün deyil. Hamı bilir ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Oyun ərzində bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Daha çox topla oynamağa çalışmalıyıq. Mən də əlimdən gələnin maksimumunu etməyə, milliyə xeyir verməyə çalışacağam”.

Həmin kateqoriyadan