Emin Mahmudovun qolu ən yaxşı seçilib

Emin Mahmudovun qolu ən yaxşı seçilib

Azərbaycan yığmasının kapitanı Emin Mahmudovun İsveç yığmasının qapısından keçirdiyi top UEFA tərəfindən fərqləndirilib.

Allsport.az xəbər verir ki, onun vurduğu qol Avro-2024-ün seçmə mərhələsində IX turunun ən yaxşı qolu seçilib.

Millimiz Bakıda İsveç komandasını 3:0 hesabı ilə məğlub edib. Emin Mahmudovun 89-cu dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə topu qapıdan keçirib.

Həmin kateqoriyadan