Entoni Saynsbari qonağımızdır

Böyük Britaniya paralimpiya asosiasiyasının fəxri vitse-prezidenti Entoni Saynsbari Bakıya gəlib Allsport.az xəbər verir ki, Entoni Saynsbari Heydər Əliyev fondu və milli paralimpiya komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıya dəvət olunub.

Entoni Saynsbari 1946-cı ildə Böyük Britaniyada anadan olub. Beynəlxalq əlil arabasında Basketbol Federasiyasinin vitse-prezidenti olub. Böyük Britaniya milli paralimpiya yığmasının paralimpiya oyunlarında 5 dəfə missiya rəhbəri olub.

2009-cu ildə 7 nəfər görkəmli səxsdən biri kimi Paralimpiya Orderinin mükafatçısı olub. “Bakı 2015” I Avropa Oyunları komissiyasinin üzvü kimi Atletlər kəndinin qurulmasında fəal iştirak edib. Hazırda Niderland Krallığında idman infrastrukturu və idmanın texniki planlaşdırılması təşkilatının direktoru vəzifəsində işləyir.

Həmin kateqoriyadan