- Baxış sayı: 79
- 28 Oktyabr 2026 13:46
- Baxış sayı: 260
- Oktyabr 25, 2026
- 0

“Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior yeni görünüşü ilə diqqət çəkib.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu çənəsində etdirdiyi estetik prosedurdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Məlumata görə, Vinisius üz cizgilərinin daha harmonik görünməsi üçün çənə nahiyəsində dolğu proseduru etdirib. Estetik müdaxilənin məqsədinin çənə xəttini daha qabarıq göstərmək olduğu bildirilib.
Futbolçunun yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
