Estoniya – Azərbaycan matçında uelsli hakimlər

U-21 Avropa çempionatının seçməsində Estoniya – Azərbaycan oyununa təyinatlar açıqlanıb.

Allsport.az saytı xəbər verir ki, görüşün baş hakimi uelsli Robert İan Jenkins olacaq.

Ona həmyerliləri İan David Bird və Eşli Davis kömək edəcəklər. Matçın 4-cü hakimi Aleks Mcinç olacaq.

Matç iyunun 3-də Parnu şəhərində “Ranna staadion”da keçiriləcək.

Həmin kateqoriyadan