- Baxış sayı: 35
- 02 Noyabr 2026 17:56
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
21 yaşadək futbolçulardan ibarət millinin üzvü Fəhmin Muradbəyli qol sevincini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, AÇ-2019-un seçmə mərhələsində Norveçə qarşı səfər oyununu belə şərh edib:
“Çox çətin oyun oldu. Hər 2 komanda yaxşı mübarizə apardı. Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq.
Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Seçmə mərhələni yaxşı nəticə ilə başa vurmaq istəyirdik”.