Fərhad Məmmədovun komandası Qazaxıstanda hazırlaşır

Cüdo millimiz Qazaxıstanda təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi ilə gündə 2 dəfə hazırlaşır.

Tatami ustalarımızı gələn ay Polşada Avropa çempionatı və mayda Bakıda keçiriləcək İslam həmrəyliyi oyunlarında medallar qazanmaq vəzifəsi qoyulub.

Türküstandakı hazırlıqlarda milli komandamızın aparıcı üzvləri Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Elmar Qasımov, Elxan Məmmədov, Hidayət Heydərov və digərləri iştirak edirlər.

Həmin kateqoriyadan