Fərhad Rəcəbli veteran cüdoçular arasında Avropa çempionu olub

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına strat verilib. Allsport.az saytının məlumatına görə, Azərbaycan millisi ilk günündə hesabına 1 qızıl medal yazdırıb.

90 kq Fərhad Rəcəbli ilk qarşılaşmasında rusiyalı Viktor Nikitinə qalib gəlib. Növbəti qarşılaşmasında Fransa təmsilçisi Herve Pillo üzərində qələbə qazanıb. Veteran cüdoçumuzun yarımfinaldakı rəqibi də fransalı olub. Rəcəbli Manuel Pajaronu da məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə Fərhad Rəcəbli Ukrayna cüdoçusu İhor Knyşa qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər təmsilçilərimiz – Tariyel Məmmədov (60 kq) 5-ci, Mübariz Pənahov (100 kq) isə 7-ci yeri tutub.

Həmin kateqoriyadan