Fərid Qayıbov cüdo federasiyasının fəaliyyəti ilə tanış olub

Bu gün gənclər və idman naziri Fərid Qayıbov, cüdo federasiyasının fəaliyyəti və Bakı olimpiya stadionu ilə tanış olub. Allsport.az xəbər verir ki, tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, qadın və kişi cüdoçularla görüşərək söhbətlər aparıb, onlar üçün yaradılmış şəraitlə tanış olub.

ACF-in vitse-prezidenti Sadıq Sadıqov, vitse-prezident Elnur Məmmədli və federasiyanın baş katibi Elmar Babanlı nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarşlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat veriblər.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb. Sonra nazir Fərid Qayıbov olimpiya stadionuna baxış keçirib. Qurğunun direktoru Cavid Qarayev naziri stadionla tanış edib, yaxın vaxtlarda təşkil ediləcək tədbirlər, hazırlığın gedişi barədə naziri məlumatlandırıb.

Həmin kateqoriyadan