Fərid Qayıbov cüdoçularla görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov, Avropa çempionatında uğurla çıxış etmiş cüdoçularla görüşüb. Allsport.az saytı xəbər verir ki, milli üzvlərini salamlayan nazirŞ onların hazırlığı və qitə çempionatında çıxışları ilə maraqlanıb. Məşqçilər ona hazırlıq və nəticələr barədə məlumat veriblər.

Cüdoçularımız aprelin 29-dan mayın 1-dək Bolqarıstan paytaxtı Sofiyada keçirilmiş qitə çempionatında 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) Avropa çempionu olub. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan