Fərid Qayıbov cüdoçunu təbrik etdi

Gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçirilən “böyük dəbilqə”də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayevi təbrik edib.

Allsport.az xəbər verir ki, nazir bu barədə feysbuk profilindəki paylaşımında bildirib.

Qayıbov 60 kq çəki dərəcəsində çempion olan idmançıya gələcək məşqlərində və uğurlu karyerasında yeni nailiyyətlər arzulayıb.

Nazir Balabəy Ağayevdən eyni nəticəni 2024-cü ildə Paris olimpiadasında da gözlədiklərini vurğulayıb.

Həmin kateqoriyadan