Fərid Qayıbov yelkənli idman federasiyasının fəaliyyəti ilə tanış olub

Yanvarın 26-da gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan yelkənli idman federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, gənclərlə görüşən nazir onların dənizdə məşqlərini izləyib.

Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib. Görüş zamanı görülmüş işlər, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.

Toplantıda nazir müavini Mariana Vasileva və Milli avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər.

Həmin kateqoriyadan