Federasiya nüməyəndələri ilə növbəti toplantı

Gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 20-ci görüşünü keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasında baş tutan görüşdə nazir iştirakçıları salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB oyunlarına hazırlıq məsələləri müzakirə olunub, Oyunların rəsmi saytı barədə məlumat verilib. Daha sonra İSF U15 gimnaziada idman oyunlarının və idman veteranlarının təqdimatı baş tutub. Həmçinin Azərbaycan idman akademiyasında tədris proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.

Federasiyaların qiymətləndirilməsi modeli, nümunəvi nizamnamə və strukturla bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, 2026-cı ilin təqvim planı haqqında məlumat verilib. Sonda “tedbirvar.az” platformasının təqdimatı nümayiş olunub, federasiyaların sosial media fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan