Feliks Sançez: “Çox çətin oyunda geri dönüş etməyi bacardıq”

Qətər millisinin baş məşqçisi Feliks Sançez “ay-ulduzlar”ımıza qarşı yoxlama oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri matç barədə bunu deyib:

“Bütün futbolçularımı təbrik edirəm. Hər kəs çalışdı, döyüşdü, yaxşı futbol göstərdi. Xarakter göstərə bilən oyunçulara malik olduğum üçün sevinirəm. 3 gündən bir oyunlarda bu çox önəmlidir. Bütün oyun boyu dominantlıq eləmək olmaz.

Oyuna pis başladıq, topu itirirdik, buna görə də müdafiədə oynamağa məcbur idik. Amma bu oyunun bir parçasıdır. 25-ci dəqiqədən sonra isədiyimiz kimi oynamağa, qol vəziyyətləri yaratmağa başladıq. Qol vurmağa layiq idik və 2-ci hissədə də yaxşı oynaraq istəyimizə nail olduq. Çox çətin oyunda geri dönüş etməyi bacardıq”.

Həmin kateqoriyadan