- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Argentina millisinin futbolçularının DÇ-2026-nın yarımfinalından sonra nümayiş etdirdiyi banner FİFA-nın diqqət mərkəzinə düşüb.
Allsport.az xəbər verir ki, dünya futbol qurumu turnir başa çatdıqdan sonra məsələ ilə bağlı intizam araşdırması aparacaq.
FİFA-nın intizam komitəsindən bildirilib ki, əvvəlcə matçın rəsmi hesabatları və bütün hallar araşdırılacaq, daha sonra intizam məcəlləsinə uyğun qərar veriləcək.
Argentina yığmasının futbolçuları İngiltərə üzərində 2:1 hesablı qələbədən sonra “Malvin adaları Argentinanındır” yazılmış banner nümayiş etdiriblər. Bu şüar Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları ilə bağlı siyasi mübahisəyə aid olduğundan, FİFA-nın siyasi məzmunlu mesajlarla bağlı qaydalarının pozulması kimi qiymətləndirilə bilər.