“Finalda səhvlərə yol verdim, fiziki gücümü zəif olması da rol oynadı”

Rumıniya paytaxtı Buxarestdə yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında ilk medal Xasay Həsənlidən gəlib. Allsport.az saytı xəbər verir ki, ötən yarış da mükafatçılar sırasında olan istedadlı bahadır uğurunu belə bölüşüb:

“Bura çempion olmağa gəlmişdim. Çıxışım tam məni qane etmədi. İkinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırıq. İlk 3 görüşdə rahat qələbə qazandım.

Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.

Həmin kateqoriyadan