Formula-1 həftəsonunda möhtəşəm şou

Formula-1 həftəsonunda möhtəşəm şou

Formula-1 üzrə Azərbaycan qran prisi həftəsində Bakı kristal zalında Keti Perrinin konserti keçirilib.

Allsport.az xəbər verir ki, dünya şöhrətli müğənni “Roar”, “Firevork”, “Dark Horse”, “Hot N Cold”, “İ Kissed a Girl” və digər məşhur mahnılarını səsləndirib.

Səhnənin quruluşu, işıqlandırma və xüsusi effektlər gecə boyu şounun yüksək tempdə keçməsini təmin edib. Gün ərzində Bakı şəhər halqasında yarış həyəcanı yaşanıbsa, axşam saatlarında Formula-1 həftəsonunun enerjisi musiqi səhnəsinə keçib.

Qeyd edək ki, Keti Perrinin mahnıları dünya üzrə 115 milyarddan çox dinlənmə toplayıb. O, həmçinin “Capitol Records” tarixində ən çox albom satan qadın sənətçi kimi qeyd olunur.

Bu gün isə Formula-1 üzrə 10-cu yubiley Azərbaycan qran prisinin əsas yarış günü olacaq.

Həmin kateqoriyadan