- Baxış sayı: 56
- 24 Sentyabr 2026 16:32
- Baxış sayı: 218
- Sentyabr 23, 2026
- 0

Formula-2 üzrə Azərbaycan qran prisində sıralama turu başa çatıb.
Allsport.az xəbər verir ki, iki qrup üzrə keçirilən sıralama turunda “Rodin” komandasının pilotu Martinius Stenşorne ən yaxşı nəticəni göstərib.
Onun komanda yoldaşı Aleks Dann ikinci, “Invicta”nın sürücüsü Rafael Kamara isə üçüncü olub.
İlk qrupda Aleks Dann birinci, Martinius Stenşorne ikinci, “Kampos”un pilotu Noel Leon üçüncü yeri tutub. Sərbəst yürüşdə isə “ART grand prix”nin hindistanlı sürücüsü Kuş Maini ən yaxşı nəticəni göstərib.
Bu gün saat 16:00-da Formula-1 üzrə Azərbaycan qran prisinin ikinci sərbəst yürüşü başlayacaq.