- Baxış sayı: 31
- 13 May 2025 23:46
- Baxış sayı: 72
- May 13, 2025
- 0
Türkiyənin “Keçiörəngücü” klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli növbəti qolunu vurub.
Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 1-ci liqanın 17-ci turunda evdə “Ərzurumsor”la görüşdə fərqlənib.
Fasilədən sonra meydana çıxan həmyerlimiz, əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb. Xallarını 19-a çatdıran “Keçiörəngücü” 14-cü pilləyə yüksəlib.
Bu, Vüsal İsgəndərlinin 4-cü qoludur.